İsrail ordusu Şirazdakı neft-kimya kompleksinə zərbə endirdiyini təsdiqləyib Dünya

İsrail ordusu Şirazdakı neft-kimya kompleksinə zərbə endirdiyini təsdiqləyib

İsrail Hərbi Hava Qüvvələri İranın Şiraz şəhərində yerləşən neft-kimya kompleksinə zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, bu zərbə aprelin 6-da İrana qarşı həyata keçirilən növbəti genişmiqyaslı hava reydi zamanı endirilib. İsrail hərbçilərinin məlumatına görə, həmin zavodda partlayıcı maddələrin hazırlanması üçün vacib komponent olan azot turşusu istehsal edilirdi.

İsrail tərəfinin versiyasına görə, Şirazdakı müəssisə "partlayıcı maddələr üçün kritik əhəmiyyət kəsb edən kimyəvi komponentlərin və ballistik raketlərin istehsalı üçün zəruri olan digər materialların istehsal edildiyi sonuncu qalan obyektlərdən biridir".

Məryəm Quliyeva