7 Aprel 10:10
1 834
Rusiyanın Vladimir vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatının fərdi yaşayış evinə düşməsi nəticəsində üç nəfər həlak olub. Onlardan birinin 7 yaşlı uşaq olduğu bildirilib.
APA xəbər verir ki, vilayət rəhbəri Aleksandr Avdeyevin yaydığı məlumata görə, hadisə Aleksandrov rayonunda baş verib.
Hadisə zamanı, həmçinin beş yaşlı qız xəsarət alıb. O, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həyati təhlükə yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.
29 May 14:34
1 589
29 May 11:35
1 449
29 May 09:45
1 519