14:45
798
“Təəssüflər olsun ki, sosial şəbəkələrin yaratdığı fəsadlardan biri də budur: kim hansı formada həyat tərzi sürürsə, çəkib göstərir. Bu, yeniyetmələrdə, gənclərdə, ümumiyyətlə, insanlarda müqayisə problemi yaradır. Psixoloqlar deyir ki, insanlar öz həyatlarını həmin o ideal görünən həyatlarla müqayisə edəndə özlərində naratlıq yaranır, həyatlarından narazı olurlar, məmnunluq hissi ölür, həyatları acıya dönüşür”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib.
M.Yaqub diqqətə çatdırıb təcrübə göstərir ki, sosial şəbəkələrdə bəzi insanların anormal hərəkətlərinin qarşısını almaq çox çətindir: “Hətta hüquqi mexanizmlə də bunun qarşısını almaq olmur. Yəni nə qədər qadağalar qoysaq da, yenə də bəzi insanlar bunu edirlər. Yeganə yol ona qalır ki, hər bir insan özü-özünü kontrola alsın, özü başa düşsün ki, həmin o insanların həyatını izləyib, narahatlıq yaşamaq absurddur, mənasızdır. Biz onların həyatlarını o cür ideal qəbul etməyək, düşünməyək ki, onlar xoşbəxtdir. Xeyr, bəzi insanlar özlərini yalandan xoşbəxt göstərirlər. Əlimizdə olana şükür etməyi bacaraq. Hər kəs öz üzərində işləsə məncə bu fəsadların qarşısını almaq olar”.
Röya İsrafilova