BTQ: Reparasiya maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır Cəmiyyət

BTQ: Reparasiya maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır

"Bu tədbirdə müstəmləkəçilik dövrünə görə kompensasiya məsələsi müzakirə olunur".

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, XX əsrdə Konqo, Ruanda və Burundidə Belçikanın müstəmləkəçilik siyasəti nəticəsində həyatını itirən insanları heç bir kompensasiya və ya təzminat geri qaytara bilməz:

“Bu gün, 50 ildən çox vaxt keçməsinə baxmayaraq, biz hələ də təzminat, kompensasiya və ədalət məsələlərini müzakirə edirik. Fikrimcə, təzminat yalnız həmin dövrdə yaşanan əzablara görə maliyyə kompensasiyasından ibarət olmamalıdır”.

Abbas Abbasov qeyd edib ki, reparasiya yalnız keçmişdə yaşanan əzablara görə maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, reparasiya müstəmləkəçiliyin uzunmüddətli mirasının və həmin siyasətlərin yaratdığı, bu günədək davam edən problemlərin aradan qaldırılmasına da xidmət etməlidir.