"İrəvan qapısını Azərbaycan və Türkiyə bazarlarına açmalıdır" İqtisadiyyat

"İrəvan qapısını  Azərbaycan və Türkiyə bazarlarına açmalıdır"

Ermənistan iqtisadi problemlərini həll etmək istəyirsə, mütləq Azərbaycanın gücündən yararlanmalıdır. Bu gün dünya iqtisadi böhranla üzləşib, bu böhran Ermənistanı da çıxılmaz duruma salıb, lakin rəsmi İrəvan ayaqüstə qalmaq istəyirsə Bakı ilə iqtisadi münasibətlərini normallaşdırmalıdır.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

Onun fikrincə, Ermənistan mütləq şəkildə qonşuları ilə bütün sahələrdə münasibətini qurnalıdlr: "Rusiya Qərbə üz tutduğuna görə Ermənistandan əlini çəkib, İrəvan qapısını Azərbaycan və Türkiyə bazarlarına açmalıdır. Bu onun xilası demək olacaq".

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Ermənistana həyata keçirilən ixrac Azərbaycanın ümumi ixracının 0,09 faizini təşkil edib.

Bildirilib ki, Azərbaycan cari ilin mart ayında ilk dəfə Ermənistandan məhsul idxal edib. Həmin ay Ermənistandan Azərbaycana 960 dollar dəyərində məhsul gətirilib.

Cavid