22:59
301
İranla bağlı iqtisadi təzyiqlərin maksimum səviyyəyə çatdırılması halında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimal olunmur.
Bunu ABŞ maliyyə naziri Skott Bessent CNBC-yə açıqlaması zamanı deyib.
Nazir bildirib ki, Vaşinqton İrana qarşı maksimum iqtisadi təzyiq siyasəti həyata keçirərsə, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azalacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi əməliyyatın başladığını elan edib və bunu misli görünməmiş miqyasda təcridetmə adlandırıb. O, müttəfiqlərini də Vaşinqtona qoşulmağa çağırıb.