08:54
322
Dünya fond bazarlarında avqustun 20-də əsas indekslər üzrə əsasən eniş müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones Industrial Average” indeksi 1,32% azalaraq 52 759,21 bəndə, “S&P 500” 0,87% azalaraq 7 641,16 bəndə, “Nasdaq Composite” isə 1% geriləyərək 26 067,17 bəndə enib.
Avropada “Euro Stoxx 50” 0,35%, Almaniyanın “DAX” indeksi 0,42%, Fransanın “CAC” 40 indeksi 0,57% ucuzlaşıb. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,04% artıb.
Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 0,41%, Avstraliyanın “S&P/ASX 200” indeksi 0,34% azalıb. Honq Konqun “Hang Seng” indeksi 0,72%, Çinin “CSI” 300 indeksi 0,52% artıb. “MSCI Asia Pacific” indeksi isə 1,62% yüksəlib.
Analitiklərə görə, qlobal fond bazarlarında enişə əsasən neft qiymətlərinin yüksəlməsi, bunun inflyasiya təzyiqlərini artıracağı ilə bağlı narahatlıqlar və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksək qalması təsir göstərib. Asiyada isə Çin və Honq Konq bazarlarındakı artım region üzrə itkiləri qismən kompensasiya edib.