"Türkiyə və İsrail arasında qarşıdurmanın böyüməsi və ehtimalı yüksəkdir" Gündəm

"Türkiyə və İsrail arasında qarşıdurmanın böyüməsi və ehtimalı yüksəkdir"

Hazırda Türkiyə və İsrail arasında gərginlik yeni mərhələdə davam edir. Burada söhbət Suriyanın gələcəyi üzərində strateji rəqabətin hərbiləşməsi məsələsi var və baş verən hadisələrin mərkəzində Suriyanın Şimal-Qərbindəki Əbu əl-Duhur hava bazasına İsrailin 18 avqust 2026-cı il tarixində endirdiyi zərbələr dayanır. İsrail iddia edir ki, Suriya həmin ərazidə Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə hazırlaşırdı və bunun İsrail üçün təhlükə yaratdığını əvvəlcədən Dəməşqə xəbardar etmişdi. Netanyahu açıq şəkildə bəyan edir ki, Türkiyənin Suriyada Cənuba doğru hərbi baxımdan möhkəmlənməsinə dözməyəcəklərini bildirib.

Ankara isə İsrailin iddialarını rədd edir və Türkiyə Müdafiə Nazirliyi, İsrailin Suriyaya müdaxilələrin yol verməməli olduğunu bildirib və Suriyada həmən bazada Türkiyə hərbi bazasının yaradılması planının olmadığını deyir. Bunun ardınca İsrail müdafiə naziri İsrail Katz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı birbaşa hədəfə alaraq Türkiyənin Suriyadakı fəaliyyətini "təhlükəli avantüralar" adlandırıb və İsrailin təhlükəsizliyini sınamamağı xəbərdar edib.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Bilindiyi kimi Türkiyə hökuməti yeni Suriya hakimiyyətini, Əhməd əl-Şara administrasiyasını dəstəkləyir və onun ordusunun yenidən qurulmasına hərbi və logistika baxımından yardım edir. İsrail isə, Suriyada özünə düşmən qüvvələrin hərbi infrastruktura sahib olmasını istəmir. Belə bir vəziyyətdə Türkiyə və İsrailin Suriyanın gələcəyi ilə bağlı getdikcə dərinləşən rəqabətinin sonu açıq qarşıdurmaya çevrilmə ehtimalı var. Netanyahu və onun hökumətinin Türkiyəni xarici təhlükə kimi qabartmasının esas məqsədlərindən biri də İsraildə seçkilərin yaxınlaşması və ölkədə birliyi gücləndirmək baxımından, həmçinin siyasi manevr etməsi ilə bağlıdır.

Hətta, seçki təbliğatında Ərdoğanın İran və "Hizbullah" rəhbərləri ilə eyni sırada göstərilməsi bu xəttin, daxili siyasi kompaniyanın bir hissəsinə çevrildiyini göstərir" - o, qeyd edib.

Ç.Şahbazinin fikrincə, əlbəttə ki, bunu tək seçki manevri kimi də, tək göstərmək düzgün olmazdı. Bu baxımdan Türkiyə və İsrail arasında qarşıdurmanın böyüməsi və ehtimalı yüksəkdir. Amma bu yaxın perspektivdə baş verməyəcək:

"Çünki hər iki tərəf bunun bədəlinin baha başa gələcəyini anlayır və hesab edirəm ki, Türkiyə NATO üzvüdür, İsrail isə ABŞ-ın əsas müttəfiqlərindən biridir. Baxmayaraq ki, hər iki ölkənin maraqları həm Qəzzada, həm Suriyada və digər məsələlərdə toqquşur. Əslində isə bütün bunlar baş verməli idi. Çünki, Suriyada Rusiya və İranın mövqeləri zəiflədiqcə, onun yerini Türkiyənin tutması gözlənilən idi və bu gün o mövqelərin uğrunda mübarizənin güclənməsi heç də təəccüb doğurmamalıdır".

Cavid