"Rusiya bu müharibədə uduzduğunu dərk edib" Gündəm

"Rusiya bu müharibədə uduzduğunu dərk edib"

Moskva Kiyevi ballistik raketlərlə vurmaqla özünü tələyə salır, onun Ukraynanın mülki obyektlərinə hücumu və onlarla dinc sakinin ölümü beynəlxalq cinayət hesab olunur.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

O, qeyd edib ki, Ukraynanın Rusiyanın enerji strukturunu sıradan çıxarması Moskvanın hiddətinə səbəb olduğundan dinc əhali hədəfə alınlr: "Rusiya ordusunun Kiyevi raket atəşinə tutması onun acizliyindən xəbər verir. Artıq Rusiya bu müharibədə uduzduğunu dərk edib".

Xatırladaq ki, avqustun 20-nə keçən gecə Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Cavid