Duran: Netanyahunun Türkiyəyə qarşı təhdidləri siyasi qorxularının nəticəsidir Dünya

Duran: Netanyahunun Türkiyəyə qarşı təhdidləri siyasi qorxularının nəticəsidir

İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə qarşı təhdidləri onun beynəlxalq təcridinin və siyasi xəyallarını əks etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bəyan edib.

​O, Netanyahunun İsrailin Suriyada özünə təhdid yaradan Türkiyə hərbi mövcudluğuna dözməyəcəyi ilə bağlı bəyanatını şərh edib:
​"Netanyahunun Türkiyə və Suriyaya qarşı səsləndirdiyi təhdidlər və yalanlar İsrail Baş nazirinin getdikcə artan beynəlxalq təcridinin, onun siyasi qorxularının və yanlış təsəvvürlərinin yeni təzahürüdür. Lakin onun uydurma təhdidlər və düşmənlər yaratmaqla beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdləri artıq heç bir nəticə vermir. Beynəlxalq birlik onun siyasətinin zərərli olduğunu anlayır", - deyə Duranın sözlərini "TRT Haber" telekanalı sitat gətirib.

​O həmçinin vurğulayıb ki, Türkiyə Netanyahunun sabitliyi pozan fəaliyyətinə qarşı mübarizəni davam etdirəcək və bölgədə sülh siyasəti yürüdən bütün ölkələri, o cümlədən Suriyanı dəstəkləyəcək.

Məryəm Quliyeva