20 Avqust 20:04
08:22
364
Vaşinqtonun Havanaya qarşı yeni sanksiyaları Kuba iqtisadiyyatına zərər vurmağa və Kuba hakimiyyətinin əhaliyə əsas xidmətləri göstərməsinə mane olmağa yönəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Karib respublikasının xarici işlər naziri Bruno Rodriges Parilya bildirib.
"ABŞ dövlət katibi Kuba şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə davam edir, məqsədli şəkildə iqtisadiyyatımıza zərər vurmağa və blokada səbəbindən onsuz da kritik vəziyyətdə olan Kuba hökumətinin əhaliyə əsas xidmətləri göstərməsinə mane olmağa çalışır", – deyə o, öz Telegram kanalında yazıb. Nazir qeyd edib ki, bu sanksiyalar, xüsusən də "əhəmiyyətli hissəsi Kubanın kiçik və orta özəl müəssisələri tərəfindən satın alınan ərzaq, dərman və tibbi avadanlıq konteynerlərinin daşınmasına mane olur".
"Kuba ilə bağlı uğursuz aludəçiliyindən irəli gələrək, o, indi də altmış ildən çoxdur ki, dostluq, beynəlxalq həmrəylik, ədalət və sülh ideallarını təşviq edən ICAP-ın (Xalqlarla Dostluq Kuba İnstitutu) rəhbərliyini və əməkdaşlarını hədəfə alıb", – deyə Kuba XİN rəhbəri yazıb. O vurğulayıb ki, bu dəyərlər "ABŞ dövlət katibinin öz qərəzli siyasəti ilə daim müdafiə etdiyi şeylərlə kəskin ziddiyyət təşkil edir".
Məryəm Quliyeva
08:14
371
20 Avqust 22:59
728
20 Avqust 22:58
798