Daha iki azərbaycanlı fəal məhkəməyə çağırılıb Güney Azərbaycan

Daha iki azərbaycanlı fəal məhkəməyə çağırılıb

Güney Azərbaycan şəhərlərində rejimin azərbaycanlı fəallara qarşı təhdid və təzyiqləri artıb.
2015-ci il noyabr (aban) ayında fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarında tutulmuş azərbaycanlı fəallardan ikisinin məhkəməyə çağırıldığı bildirilir. Məlumata görə, Əta Kərimi və Ulduz Qasimi martın 9-da (isfəndin 19-da) Urmiyə məhkəməsinin 104-cü şöbəsinə müraciət etməlidir.
Xəbər verdiyimiz kimi, bundan öncə azərbaycanlı fəallar Mənsur Fəthi və Sina İrşadiyə məhkəməyə müraciət etmələri üçün çağırış vərəqələri göndərilib. Çağırış vərəqələrində Mənsur Fəthinin Baharistan və Sina İrşadinin Meşginşəhr Məhkəməsinə müraciət etməsi istənilib.