Tehranda Azərbaycan bayrağı asıldı Güney Azərbaycan

Tehranda Azərbaycan bayrağı asıldı

Azərbaycan Milli Hərəkatının fəalları "Tək millət, tək bayraq" çağırışının davamı olaraq, Azərbaycan bayrağının Azad İslam Universitetinin Tehranın şimalında yerləşən filialının önündəki yerüstü keçidin üzərinə bağlayaraq dalğalandırıblar.

Gunaz.tv

Bayrağın üzərində yazılan mətndə deyilir: "Tək millət, tək bayraq, tək vətən və biz Azərbaycanın özüyük".

Qeyd edək ki, son günlər Tehran rejiminin Azərbaycan Respublikasına qarşı təhdid mesajlarından sonra Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar dəstək aksiyaları keçirilib, Təbriz, Ərdəbil və başqa bir neçə şəhərdə Azərbaycan Respublikasının bayrağı asılıb.