Tehranda İran-Türkmənistan sənədləri imzalandı Güney Azərbaycan

Tehranda İran-Türkmənistan sənədləri imzalandı

İran və Türkmənistan arasında əməkdaşlıq sənədləri imzalanıb. Mərasim Tehranda keçirilib.
İmzalanma törənində İran və Türkmənistan hökumətləri iki ölkə arasında enerji, elektrik enerjisi və s. sahələrdə 5 əməkdaşlıq sənədi imzalayıblar.

Bu barədə İran mediası məlumat yayıb.

Tehranda sənədlərin imzalanması mərasimində İran prezidenti İbrahim Rəisi və Türkmənistanın Milli Məsləhət Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov da iştirak ediblər.

Qeyd edək ki, Türkmənistanın keçmiş prezidenti, Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov mayın 30-da İrana səfər edib.