“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
7 May 2025 13:33
9 590
Güney Azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Bağır Hacızadə, Əbdüləziz Əzimi-Qədim, Ayaz Seyfxah, Kərəm Mərdanənin həbsindən 16 ay ötür.
Gunaz.tv
Həbs olunduqdan sonra bu azərbaycanlı fəallar təhlükəsizlik orqanlarının müdaxiləsi və məhkəmə orqanlarına mane olması səbəbindən hələ də müvəqqəti olaraq zaminə buraxılmayıblar.
Həmçinin bu işlə bağlı digər azərbaycanlı fəallar Fatimə Ataşi Xiyavi, Vədud Əsədi, Aydın Məhəmmədi, Abdullah Vahidi, Salar Tahir Afşar da cəzalarını çəkmək üçün 2025-ci ilin fevralından Evin zindanına köçürülüblər.
Qeyd edək ki, bu fəallar 2024-ci ilin yanvar ayının 6, 7 və 8-də Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav, Urmu, Astara və İslamşəhrdə məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər.
Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar və Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbdülqasım Salavatinin qərarı ilə həbs ediliblər
30 Dekabr 2025 11:45
1 918
30 Dekabr 2025 11:45
1 694
30 Dekabr 2025 11:44
1 568