Urmu gölü ilə bağlı yeni aksiyalar keçiridi -FOTO Güney Azərbaycan

Urmu gölü ilə bağlı yeni aksiyalar keçiridi -FOTO

Güney Azərbaycan şəhərlərindən olan fəallar diqqəti qurumaqda olan Urmu gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün aksiyalarını davam etdirirlər.

Gunaz.tv

Avqustun 6-da müxtəlif bölgələrdə keçirilən aksiyaların davamında Təbrizin ictimai yerlərində ekoloji problem və azərbaycanlıların istəklərini əks etdirən plakatlar asılıb. posterlər yayılıb.

Urmu glünün fotosu əks olunan plakatların üzərində ingilis dilində "Urmu gölünü xilas edin", "fars rasizminə yox" və "Ədalət, Azadlıq, Milli hökumət" şüarları yazılıb.

Bununla yanaşı bir neçə qrup dağçı və ekofəal Savalan dağına yürüş edərək orada plakatlar açıb, ekoloji problemlə bağlı sosial mediada paylaşımlar ediblər.

"Duz fırtınaları vasitəsilə Azərbaycanı əhalidən boşaltmağı ümid edənlər bilməlidirlər ki, Azərbaycan xalqının qiyamı ilə Azərbaycanı istismar etməlk siyasətlərinə son qoyulacaq", "Urmu gölü susuzdur"- dağçı ekofəalların plakatlarında qeyd olunub.