7 Sentyabr 16:15
7 Sentyabr 14:52
30 Aprel 2025 22:15
5 299
Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat yayıb.
R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
O, 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi çalışıb. “Xalq rəssamı” fəxri adına 2000-ci ildə layiq görülüb.
Allah rəhmət eləsin.
7 Sentyabr 11:08
1 547
4 Sentyabr 11:05
1 834
3 Sentyabr 14:24
2 289