Tufarqanlı yeniyetmə idmançı dünya çempionu oldu Güney Azərbaycan

Tufarqanlı yeniyetmə idmançı dünya çempionu oldu

Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərindən olan yeniyetmə stolüstü tennisçi Fəraz Şəkiba dünya çempionu olub.

Gunaz.tv

O, Gürcüstanın Batumi şəhərində Ümumdünya Açıq Stolüstü Tennis Çempionatında rəqiblərinə qalib gələrək çempion titulunu qazanıb.

Tufarqanlı idmançı 13 yaşa qədər idmançılar arasında keçirilən turnirdə iştirak edib və final oyununda Tailanddan olan rəqibinə qalib gələrək qızıl medal qazanıb.