Güney Azərbaycan Milli Dövlətçilik Şurası Prezidenti təbrik etdi Güney Azərbaycan

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Prezidenti təbrik etdi

Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsindən və İlham Əliyevin bütün rəqiblərini böyük səs fərqi ilə üstələməsindən, qələbə qazanmasından sonra Güney Azərbaycan Milli Dövlətçilik Şurası (MDŞ) Prezidentə təbrik məktubu ünvanlayıb.

Gunaz.tv

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!

"Hörmətli cənab Prezident,

Sizi 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində parlaq qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibəti ilə səmimi-qəlbdən təbrik edirik.

İnanırıq ki, Azərbaycan xalqı bu qutlu seçimlə vətənimizin parlaq gələcəyinin inşası üçün ən doğru addımı atmışdır".

Dərin hörmət və sevgilərimizlə,

Güney Azərbaycan Milli Dövlətçilik Şurası adından
Mərkəzi Şura başqanı

Çingiz Göytūrk 07.02.2024