Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
15 Sentyabr 2025 20:45
3 311
"Barselona"nın (İspaniya) və Fransa millisinin sabiq müdafiəçisi Samuel Umtiti karyerasını bitirdiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə 31 yaşlı oyunçu özü sosial şəbəkə hesabında yazıb.
"Enişli-yoxuşlu karyeradan sonra futbolla vidalaşmağın vaxtıdır. Heçnəyə görə peşman deyiləm. Tanıdığım bütün klublara, prezidentlərə, məşqçilərə və futbolçulara təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm, "Lyon", təşəkkür edirəm, "Barselona", sağ ol, "Lill", sağ ol, "Leççe", sağ ol Fransa", - Umtiti bildirib.
Qeyd edək ki, Umtitinin sonuncu klubu ölkəsinin "Lill" klubu olub. O, Fransa millisində 31 oyunda 4 qol vurub. 2018-ci ildə futbolçu milli komanda ilə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
8 Noyabr 17:04
1 351
8 Noyabr 16:35
1 309
8 Noyabr 14:05
1 239