“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
15 Sentyabr 22:42
3 409
“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb.
Xalqcebhesi.az xəbər verir ki, jurnalın sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir.
“Tənqid” rubrikasında Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır.
“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.
“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.
“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.
Seyyid Əsrinin qəzəlləri də bu sayda yer alıb.
“Debüt” rubrikasında Şəhriyar Məmmədzadənin “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə...) yazısı təqdim olunur.
Bu sayda Adil Quliyevin “Təpələr” essesi, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”i, Şəlalə Camalın şeirləri və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsi də dərc edilib.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir.
“Dərgidə sərgi”də isə rənglər dünyasıyla Aysel Hacıyevadır.

8 Dekabr 21:12
924
8 Dekabr 12:18
1 120
8 Dekabr 12:17
1 085