“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
15 Sentyabr 23:15
2 401
"Qarabağ" futbolçuları "Benfika" ilə matçda ən yaxşı oyunlarını sərgiləyəcəklər.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya bəzi səbəblərə görə yaxşı hazırlaşa bilmədiklərini söyləyib:
"Bu şəhərdə olmaq və belə gözəl stadionda futbol oynamaq bizim üçün xoş olacaq. Bəzi səbəblərə görə qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik. Hər halda, yetərincə təcrübəmiz var. İnanıram ki, sabah futbolçularımız ən yaxşı oyunlarını göstərəcəklər. Hər bir futbolçunun arzusudur ki, Çempionlar Liqasının əsas mərhələsində iştirak etsin".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
8 Dekabr 17:56
889
8 Dekabr 17:39
868
8 Dekabr 16:43
910