Təbrizdə türkcə danışa bilmirik?- Zunuzi Güney Azərbaycan
Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq, bu nə oyundur çıxarırsınız? Mən siyasi fikir söyləmək istəmirəm, ancaq proses göstərir ki, bizdən siyasi acıq açırlar.
Gunaz.tv
Bu sözləri Təbrizin Ata Hava Yolları Şirkətinin sahibi Məhəmmədrza Zunuzi deyib.
O, Tehran-Təbriz uçuşunda Ata Aviaşirkətinə məxsus təyyarənin bələdçisinin qonaqlara türk dilində "xoş gəldiniz" deməsinin siyasiləşdirildiyini və bunun separatçılıq kimi qələmə verilməsini tənqid edib.
Məsələnin İran televizyasında da əks olunduğunu söyləyən Zunuzi, bunun ayrı-seçkilik siyasətinə xidmət etdiyini söyləyib.
"İran televizyası ölkədə yaşayan bütün xalqlara məxsusdur, biz separatçı deyilik, separatçı sizlərsiniz ki, bu hərəkətlərinizlə su-istifadələrə yol verirsiniz",- o bildirib.
Azərbaycanlı iş adamı türk dilində bir cümələyə görə bu qədər qalmaqal yaratmağın anlaşılmaz olduğuna diqqət çəkib, məsələnin şişirdildiyini deyib.
"Sözümüzü demək istədiyimizdə separatçı, pantürkizm damğası vururlar, separatçı sizi və sizin əcdadınızdır. Məgər nə baş verib? Sadəcə tapışırmışıq ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, məgər konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ əks olunmayıb?",- Zunuzi qeyd edib.
Qeyd edək ki, Tehrandan Təbrizə uçan təyyarədə bələdçinin sərnişinlərə Azərbaycan türkcəsində "xoş gəldin" deməsi fars miliyyətçilərinin etirazları ilə qarşılaşıb və onlar bunu Ata Hava Yolları Şirkətinin separatçılığı təbliği kimi təqdim ediblər.
Tanınmış sosial media fəalı, panfarsist siyasi cərəyana mənsub Əmir Seyyidin məsələ ilə bağlı etdiyi paylaşımda qonaqlara türk dilində "xoş gəlibsiniz" deyilməsini ölkə qanunlarınnın pozulması kimi qləmə verib.
Məsələnin ictimailəşməsindən sonra təyyarə bələdçisi türk dilində "xoş gəldin" dediyinə görə işdən qovulub.