"Trabzonspordan" "Traxtur"a dəstək Güney Azərbaycan

"Trabzonspordan" "Traxtur"a dəstək

“Traktor” futbol komandasının Premyer Liqadakı parlaq çıxışını yüksək qiymətləndirir və komandaya çempionluq arzulayırıq.

Gunaz.tv

Bu, Türkiyənin “Trabzonspor” klubunun sosial media hesabındakı paylaşımında yazılıb.

"Traxtur İran Premyer Liqasında çempionluq yolundadır. Biz Azərbaycan türklərinin fəxri olan "Traxtur FK-nı ürəkdən dəstəkləyirik. "Traxtur"un heyrətamiz azarkeşləri ilə birlikdə göstərdiyi cəsarət, mübarizə və qətiyyət təkcə futbol meydançasında deyil, həm də türk xalqının qəlbində böyük təəssürat yaratmışdır.",- paylaşımda bildirilib.

"Trabzonspor" Klubunun bu paylaşımı "Traxtur" azarkeşləri və futbolsevərlər arasında geniş əks-səda doğurub, məmnunluqla qarşılanıb.

Qeyd edək ki, "Traxtur" komandası keçirdiyi 27 oyunda 61 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Onun əsas rəqibi və turnir cədvəlində ikinci yerdə olan İsfahanın "SEPAHAN" komandası 5 xal fərqlə Təbriz təmsilçisindən geridədir.

Buna görə də, qarşıdakı 3 oyunda qeyri-adi hadisənin baş verməyəcəyi təqdirdə "Traxtur"un çempion olması mütləqdir.