
Keçən aylarda məhkəmə və zindan məsulları 37 gün aclıq aksiyasından sonra azərbaycanlı milli-mədəni fəal, Yeni GAMOH İH üzvü Ayət (Yürüş) Mehrəlibəylinin tələbi ilə razılaşıb və onu Təbrizin mərkəzi zindanından yaşadığı şəhərin həbsxanasına intiqal etmişdilər. Lakin son məlumata görə, fəal yenidən Culfa zindanından Təbrizin mərkəzi zindanına intiqal edilib.
Sentyabrın 25-də (mehrin 3-də) Culfa zindanından Təbrizin mərkəzi həbsxanasına intiqal edilən fəal Şərqi Azərbaycan Vilayətinin (ostan) Təmin Şurasının tələbi əsasında Təbriz zindanına qaytarılıb. Məsullar fəalın intiqalı ilə bağlı olduqca qəribə səbəb göstəriblər: "Onun Culfa zindanında həbs edilməsi bu şəhərin təhlükəsizliyinə ziddir".
Fəal mayın 3-də (xordadın 11-də) 37 gün aclıq aksiyasından sonra Culfa zindanına intiqal edilmişdir. Onun tələblərindən biri yaşadığı şəhərin həbsxanasına intiqal edilməsi olub.
Xatırladaq ki, adını çəkdiyimiz fəal, Mahmud Fəzli, Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadə ilə birlikdə qanunsuz təşkilat yaratmaqda və sistemin əleyhinə təbliğ etməkdə günahlandırılaraq 9 il həbsə məhkum edilib.