Səid Şirzad Evin zindanında 5 aydır qeyr-müəyyən vəziyyətdə saxlanılır Güney Azərbaycan

Səid Şirzad Evin zindanında 5 aydır qeyr-müəyyən vəziyyətdə saxlanılır

Təbrizdə İran təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanan uşaq haqları müdafiəçisi Səid Şiraz 5 aydır Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Səid Şirzadın dosyesi keçən ay (mehr ayı) inqilab məhkəməsinə göndərilsə də, dosyeyə baxacaq şöbə hələ təyin edilməyib.
Yayilan məlumatlara görə, rejim illərdir uşaq haqlarını müdafiə edən Şirzada dosye quraşdırıb və onu qondarma ittihamlarla suçlamağa çalışır.
Qeyd edək ki, S.Şirzad iyunun 2-də (xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən qağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.