Ərdəbildə koronavirus qurbanlarının sayı artıb Güney Azərbaycan

Ərdəbildə koronavirus qurbanlarının sayı artıb

Bu barədə Ərdəbil əyalətinin Tibb Elmləri Universitetinin rektoru məlumat verib.

Ərdəbildə koronavirusa yoluxma halları və pandemiyadan ölənlərin sayı artıb. Bu barədə martın 16-da mətbuata verdiyi açıqlamada Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Şəhram Həbibzadə məlumat verib. Onun sözlərinə görə, son 24 saatda koronovirusa yoluxanlardan 22 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfər isə vəfat edib.
O, xəstəxanaya yerləşdirilənlərin 15-nin Ərdəbil, 3-nün Muğan, 3-nün Xiyav və birinin isə Xalxal şəhərindən olduğunu, onlardan 6 nəfərinin koronavirusun Britaniya ştammına yoluxduğunu deyib.
Həbibzadə hazırda əyalət xəstəxanalarında 145 nəfərin müalicə olunduğunu və onlardan 45 nəfərinin reanimasiya şöbələrində yatırıldığını açıqlayıb.
Rektor Ərdəbil, Xiyav, Muğan (Parsabad) və Xalxal şəhərlərinin epidemiloji vəziyyət baxımından təhlükəli bölgələr siyahısında olduqlarını vurğulayıb.

Gunaz.tv