ABŞ GÜNEY AZƏRBAYCANDAN TAPILMIŞ ÇOX QİYMƏTLİ ARXEOLOJİ ABİDƏLƏRİ ƏSL SAHİBLƏRİNƏ DEYİL, FARSLARA TƏHVİL VERDİ Güney Azərbaycan

ABŞ GÜNEY AZƏRBAYCANDAN TAPILMIŞ ÇOX QİYMƏTLİ ARXEOLOJİ ABİDƏLƏRİ ƏSL SAHİBLƏRİNƏ DEYİL, FARSLARA TƏHVİL VERDİ

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Xəbərə görə, Təbriz yaxınlığındakı Çığamış (Çoqamış) kurqanlarından aşkar edilən və uzun illər ABŞ-ın Çikaqo Universitetində saxlanılan 108 daş kitabə və tarixi əsər İran İslam Respublikasının Milli Muzeyinə təhvil verilib.
Tarixi əsərləri İran Milli Muzeyində keçirilən təntənəli tədbirdə Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri, arxeoloq Gil Steyn İran mədəni irsi baş idarəsi başçısının müavini Məhəmmədhəsən Talibana təqdim edib.
"Bu əsərlər bizim eradan 4 min il öncəyə aid olub, ölkə ərazisində kənd təsərrüfatının ilk dövrlərinə təsadüf edir", - Taliban bildirib. Bununla da o, tarixdən bixəbər olduğunu və tutduğu vəzifəyə layiq olmadığını ortaya qoyub. Çünki Azərbaycan ərazisində ilk əkinçiliyin izləri e.ə. IV deyil, IX minilliyə təsadüf edir.
Onun sözlərinə görə, Cığamışds (Coqamışda) aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan 264 tarixi nümunə araşdırma aparılması məqsədi ilə Çikaqo Universitetinin Şərqşünaslıq Universitetinə verilib: "Nümunələr ötən 50 ildə orada saxlanılıb. 3 il öncə isə 156 detal qaytarılıb".
Məlumat üçün bildirək ki, Çığamış abidələri içərisində ən maraqlı nümunələrdən biri də Azərbaycanda dünyanın ilk ansamblının təşəkkül tapdığını sübut edən, üzərində cəngdə, qoşanağarada, qara zurnada və kasalarda ifa edən musiqiçilər qrupunun və əlini qulağının dibinə qoyaraq mahnı oxuyan xanəndənin təsvir edildiyi daşdır.