Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
16 May 2022 08:36
15 064
Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi Şəhərində Braziliya Ciu-Citsu idman növü üzrə peşəkar idmançılar arasında beynəlxalq turnir keçirilib.
Turnirdə ölkəmizi Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının yığma komandasını üzvü, bənövşəyi kəmər sahibi Rəna Səfərova təmsil edib.
Bənövşəyi, qəhvəyi və qara kəmər sahibi peşəkar idmançıların güclərini sınadığı yarışda dünyanın bir çox ölkəsinin idmançıları iştirak ediblər.
62 kilo çəki dərəcəsində döşəyə çıxmalı olan Rəna Səfərova çəkisinin artıq olması səbəbilə 70 kilo çəki dərəcəsindəki idmançılarla döşəyə çıxarılıb. İordaniya, Kolumbiya və BƏƏ idmançılarıyla qarşılaşan idmançımız 70 kq çəki drəcəsində ikinci yerə layiq görülüb.
Qeyd edək ki, o yarım finalda Əbu Dabidən olan idmançı ilə qarşılaşaraq onu məğlub edib. Finalda isə idmançımız İordaniyalı rəqibi ilə qarşılaşıb.
Məlumat üçün qeyd edək ki, Rəna Səfərova Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının qurucusu və idarə heyətinin sədri qara kəmər sahibi Taleh Həsənovun tələbəsi, həmçinin “Taleh Hasanov Team” komandasının üzvüdür. Onun yetişməsində Taleh Həsənovun müstəsna rolu olmuşdur. R. Səfərova məhz onun yanında məşqə başlayaraq daha sonra göy və bənövşəyi kəmərlərə yüksəlib. Taleh Həsənov da öz növbəsində Rəna Səfərovanı təbrik etmiş və bundan sonrakı idman həyatında ona müvəffəqiyyətlər arzulayıb.
Bundan başqa Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov da Rəna Səfərovanı təbrik edib və ona bayrağımızı yüksəklərə qaldırdığı üçün minnətdarlığını bildirib.
Cavid
15 Sentyabr 19:51
700
15 Sentyabr 12:12
812
14 Sentyabr 12:38
1 211

