Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq, 35 mindən çox uşaq bağçaya gedəcək
12:38
385
“Sea breeze” istirahət mərkəzində təşkil olunmuş çimərlik polosu üzrə beynəlxalq turnirdə “Elite polo club” rəqib tanımadı. Fəxri mükafata sahib olmaq üçün komandamız son oyunda İsveçrənin “Sankt Moritz” klubundan üstün olmalı idi.
İkinci fasilə ərəfəsində qazanılmış 5-0 hesablı üstünlük asan qələbədən xəbər verə bilərdi. Hətta çempionluq həzzini oyunda dadmaq üçün 4-cü çakkada Tərlan Qurbanəliyevi Vahid Məmmədov əvəz elədi.
İsveçrəlilər sanki bunu gözləyirmişlər kimi hesabı minimuma endirdilər. Lakin sonda Elçin Camallı oyunun son nəticəsini qeyd etdi, 6-4.
3-cü yer uğrunda oyunda Böyük Britaniyanın “Red Star” klubu Rusiyanın “Moscow polo club”una heç bir şans qoymadı, 9-5.
Mükafatlandırma mərasimində hakimlərə “Doğru oyun“ medalı verildi. Rusiya təmsilçisi İvan Romanovski ən yaxşı komanda rəhbəri, Raul Laplaset isə ən yaxşı oyunçu seçildi.
Komandalara gəldikdə 4-cü yerin sahibi “Moscow polo club”a iştirak medalı və sertifikat təqdim olundu. “Red Star”, “Sankt Moritz” və “Elite polo club” turnirin müvafiq olaraq bürünc, gümüş və qızıl medalları ilə mükafatlandırıldılar.
Turnirin kubokunu “Elite polo club”a Azərbaycan Resbublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov və “World polo” şirkətinin Prezidenti Reto Qaudenzi təqdim etdilər.
Cavid
11 Sentyabr 22:33
1 379
11 Sentyabr 20:20
1 533
11 Sentyabr 19:19
1 470



