Şirvanda cüdo üzrə region birinciliyi keçirilib İdman

Şirvanda cüdo üzrə region birinciliyi keçirilib

Şirvan şəhərində yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə bildiriblər ki, Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Yarışda cənub regionunu təmsil edən 9 komandadan 51 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında Elmar Əlizadə (46 kq), Röyal Dadaşov (50 kq), Kamran Mustafayev (55 kq), Elvin Hüseynov (60 kq), Nicat Süleymanov (66 kq), Əliqismət Məmmədov (73 kq), Nicat İbrahimli (81 kq), qızlar arasında isə Gülçin Nəsirova (48 kq) birinci yeri tutublar.

Yarışın mükafatçıları Bakı şəhərində keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanıblar.