17 İyul 2024 11:03
4 907
Premyer Liqa təmsilçilərindən "Vest Hem" Türkiyə millisinin və "Qalatasaray"ın gənc ulduzunu komandaya cəlb etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. İngilislər Barış Alper Yılmaz üçün "Qalatasaray"a yüksək məbləğ təklif edib.
Premyer Liqa klubu türkiyəli ulduz üçün 35 milyon avro təklif göndərib.
Bundan öncə "sarı-qırmızılılar"ın Direktorlar Şöbəsinin üzvü İbrahim Hatipoğlu Barış Alper Yılmaz üçün "satılmır" demişdi.
Qeyd edək ki, Barış Alper Super Liqada 79 matça çıxıb, 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
12 Mart 16:23
1 211
10 Mart 18:33
1 967
10 Mart 17:59
2 065