5 Dekabr 22:04
5 Dekabr 21:38
23 Noyabr 2024 19:16
3 899
Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Juninyo, Aleksey Kaşuk və Leandro Andrade vurublar.
Bu qələbə ilə xallarını 34-ə çatdıran Ağdam təmsilçisi yenidən liderliyi ələ keçirib. Bakı klubu isə 8 xalla 9-cu pillədə qalıb.
Günün digər matçı “Neftçi” və “Zirə” arasında oynanılacaq. “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, XIV turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 24-də keçiriləcək 2 oyunla yekun vurulacaq.
5 Dekabr 17:54
1 428
5 Dekabr 17:06
1 463
5 Dekabr 15:17
1 491