17 Mart 2025 22:37
10 444
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Xalqcəbhəsi.az xəbər verir ki, yarışların ikinci günündə idmançılar akademik, kayak və kanoe növlərində 200, 500 və 1500 metr məsafədə 10 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar. İlk dəfə olaraq bu Azərbaycan birinciliyində avarçəkənlər 4 nəfərlik kayak qayığında yarışıblar.
Yarışda fərqlənən idmançılar Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətinə cəlb olunacaqlar.
11:30
1 281
26 İyun 16:20
1 372
26 İyun 13:28
2 114