AFFA “Zirə” və “Neftçi”nin futbolçularını cəzalandırıb İdman

AFFA “Zirə” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Zirə” – “Turan Tovuz” oyununun 59-cu dəqiqəsində meydan sahibi komandanın futbolçusu Qismət Alıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimə edilib. Həmçinin qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz təmsilçisi 700 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sabah” matçında isə Bakı təmsilçisindən 4 futbolçu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

“Neftçi” – “Kəpəz” qarşılaşmasının 70-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Elvin Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat ziyana düşüb.