"Qəbələ"nin oyununda futbolçular arasında dava İdman

"Qəbələ"nin oyununda futbolçular arasında dava

Azərbaycan I Liqasında XXVI turun "Qəbələ" - "Zaqatala" matçında futbolçular arasında dava düşüb.

Xalqcebhesi.az xəbər verir ki, 59-cu dəqiqədə qonaq komandanın kapitanı Roini İsmayılov meydan sahiblərindən Şahin Şahniyarova qarşı kobud oynayıb.

Şahniyarov buna görə irad bildirdikdə tərəflər arasında münaqişə yaranıb. Olaya digər oyunçulardan bəziləri də qarışıb. İnsident zamanı İsmayılov "Qəbələ"nin digər futbolçusu Süleyman Damadayevi vurub.

Ara sakitləşdikdən sonra baş hakim Emil Əliyev "Qəbələ"dən Ruslan Voronsov və Asim Babazadəyə, "Zaqatala"dan isə Roini İsmayılova sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda "Qəbələ" böyük hesabla öndədir - 3:0.