

HAMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Qəzzada daimi atəşkəs üçün ümumi çərçivə barədə razılığa gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə HAMAS bəyanat yayıb.
“ABŞ Prezidentinin nümayəndəsi Uitkoff ilə razılaşma daimi atəşkəs, İsrailin Qəzzadan tam çıxarılması, anklavı idarə etmək üçün peşəkar komitə və davamlı yardım ehtiva edir”, – bəyanatda qeyd olunub.
HAMAS əlavə edib ki, razılaşmaya həmçinin 10 israilli girovun azad edilməsi, razılaşdırılmış sayda fələstinli məhbus və bir neçə cəsədin mübadiləsi də daxildir.
“Biz Uitkoff ilə razılaşdırılmış ümumi çərçivəyə yekun cavabı gözləyirik”, – deyə HAMAS vurğulayıb.