

Hindistanda COVID-19 halları yenidən artmağa başlayıb. Ölkədə aktiv yoluxma sayı 1.010 nəfərə çatıb, ən çox artım isə 335 yeni yoluxma ilə Kerala əyalətində qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, Maharashtra əyalətində 153, Delhidə 99, Gujaratda isə 76 yeni yoluxma bildirilib.
Punjab əyaləti isə ilk yoluxma halını bu gün elan edib və təmaslıların araşdırılmasına başlayıb.
Yoluxmalardakı bu artım, COVID-19-un iki yeni alt variantı – NB.1.8.1 və LF.7-nin aşkarlanması ilə eyni vaxta təsadüf edir.
Dünya Səhiyyə Təşkilatı (DST) bu yeni variantları yaxından izləyir. İlkin məlumatlara görə, bu variantların yüksək yoluxduruculuğa sahib ola biləcəyi ehtimal edilir, lakin hələlik xəstəliyin şiddətində ciddi bir artım müşahidə edilməyib.
Xüsusilə NB.1.8.1 variantının insan hüceyrələrinə bağlanma qabiliyyəti daha güclü olduğu üçün, əvvəlki variantlara nisbətən daha sürətli yayıla biləcəyi düşünülür.
Məryəm Quliyeva