

İsrail hərbçiləri Qəzza zolağında HƏMAS lideri Məhəmməd Sinvarı öldürüb.
Xalqcebhesi.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışında deyib.
“Biz HƏMAS-ın idarəçilik qabiliyyətinin aradan qaldırılmasında dönüş nöqtəsinə çatmışıq. Biz Məhəmməd Sinvarı aradan götürdük”, - Netanyahu bildirib.
Qeyd edək ki, bir müddət öncə HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarın cəsədinin Qəzzanın cənubundakı tunellərdən birində tapıldığı barədə məlumat yayılmışdı.