Bədavi Hüseynov millinin heyətindən çıxarılıb İdman

Bədavi Hüseynov millinin heyətindən çıxarılıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Xalqcebhesi.az xəbər verir ki, müdafiəçi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə Liv Bona Dea Arenada Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.