Xocalıda minifutbol turniri keçirilib İdman

Xocalıda minifutbol turniri keçirilib

Xocalı rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş mini futbol turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Regional Gənclər və İdman və Qarabağ Regional Təhsil idarələrinin birgə təşkilatçılığı ilə Xocalı şəhər 1 nömrəli tam orta məktəbin meydançasında keçirilən yarışda Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin və Xocalı rayon Ballıca kənd tam orta məktəbin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar. Xankəndi şəhər 4 nömrəli tam orta məktəb turnirin qalibi olub. Ballıca kənd tam orta məktəb ikinci, Xocalı şəhər 1 nömrəli tam orta məktəb üçüncü yeri qazanıb.

Qalib komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları və kuboku ilə təltif olunub.