Daha bir futbolçu “Fənərbaxça”nı tərk edib İdman

Daha bir futbolçu “Fənərbaxça”nı tərk edib

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” daha bir futbolçu ilə yollarını ayırıb.

Xalqcebhesi.az xəbər verir ki, İstanbul klubunun mövsümün əvvəlində “Əl-Əhli”dən icarəyə götürdüyü Allan Sent-Maksimin komandanı tərk edib.

Bu barədə futbolçu özü açıqlama yayıb.

“Sarı-lacivərdlilər” vingerin müqaviləsində yer alan satınalma bəndindən istifadə etməyib.

Qeyd edək ki, 27 yaşlı fransalı bu mövsüm “Fənər”in heyətində iştirak etdiyi 31 rəsmi matçda 4 qol, 5 assistlə yadda qalıb.