Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
22 İyun 2025 18:48
5 327
Sport24: Tacikistanın “İstiqlol” klubu “Spartak”la oyunu ləğv etdi
Tacikistan klubu “İstiqlol” Moskva şəhərində “Spartak”la yoldaşlıq oyunu keçirməkdən imtina edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə klubun baş direktoru Şahzoda Sulaymonovun sözlərini Sport24 nəşri yayıb.
“Bizə ‘Spartak’dan Moskvada yoldaşlıq oyunu keçirmək təklifi gəldi, lakin biz bu variantdan imtina etdik. O zaman bir çox ‘İstiqlol’ oyunçusu məzuniyyətdə olacaqdı və biz Moskvaya səfər üçün heyəti toplaya bilməzdik”, - deyə o bildirib.
Hazırda “İstiqlol” Tacikistan çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
2024/25 mövsümünün Rusiya Premyer Liqasını “Krasnodar” 67 xalla birinci pillədə başa vurub. Komanda son turda Moskvanın “Dinamo” klubunu 3:0 hesabı ilə məğlub edərək RPL çempionu olub. 2008-ci ildə yaradılmış klub üçün bu, tarixində ilk çempionluqdur.
İkinci yeri 66 xalla “Zenit”, üçüncü yeri isə 59 xalla Moskva “CSKA”sı tutub. 57 xalla dördüncü yerdə isə paytaxtın “Spartak” klubu qərarlaşıb.
Bundan əvvəl Avropanın aparıcı klublarından biri siyasi səbəblərə görə “Krasnodar” futbolçusunun transferindən imtina etmişdi.
Məryəm Quliyeva
8 Noyabr 17:04
1 288
8 Noyabr 16:35
1 253
8 Noyabr 14:05
1 190