4 Sentyabr 21:54
1 904
Azərbaycan yığması İslandiya ilə matça ciddi hazırlaşıb.
"Report"un Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
Yarımmüdafiəçi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizi sabah ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq".
Qeyd edək ki, sentyabrın 5-də reallaşacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
5 Dekabr 17:54
1 120
5 Dekabr 17:06
1 155
5 Dekabr 15:17
1 204