“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”
9 Noyabr 10:54
9 Noyabr 10:54
8 Noyabr 10:28
23 Sentyabr 18:27
1 869
UEFA İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.
"Report" xəbər verir ki, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının I turunda "Liverpul"la matçda azarkeşlə mübahisə etməsi səbəb olub.
Matçın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jesti ilə diqqət çəkib və onunla mübahisə edib. Nəticədə qırmızı vərəqə ilə cəzalanan mütəxəssis ehtiyat oyunçular skamiyasından qovulub. O, bu davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.
Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:2 hesablı qələbəsi ilə bitib.