Bu il motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 3 nəfər ölüb
Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib
Azərbaycan və Litva Baş nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
"Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”
12:52
616
Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları Qaşım Maqomedov və Həsrət Cəfərov üçün medal təqdimetmə mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, onların “Paris-2024” Yay Olimpiya Oyunları zamanı qazandıqları medallar aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.
Taekvondoçu Qaşım Maqomedovun gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərovun isə bürünc medalı yenilənib və mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunub.
Qeyd edək ki, "Paris-2024"də mükafat qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.