Tramp 11 nəfəri əfv edib
14:49
17 Aprel 11:21
4 606
AFFA-nın Lisenziyalaşdırma və Qeydiyyat Departamenti Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir UEFA-nın rəqəmsal platformasına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub. Seminarda platformadakı yeniliklər müzakirə edilib, iştirakçılara həm nəzəri, həm də praktiki təlimlər keçirilib.
Görüşün sonunda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları sistemə daxil ediblər. AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən iştirakçıların sualları cavablandırılıb və onlara ətraflı praktiki izahlar verilib.
3 İyul 20:12
1 099
3 İyul 19:00
1 071
3 İyul 15:32
1 113