Tramp 11 nəfəri əfv edib
14:49
17 Aprel 15:19
5 026
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Yarışın ikinci günündə bir cüdoçumuz mübarizəyə qoşulub
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxıb.
O, 1/16 final mərhələsində yunanıstanlı Konstantinos Tsaparasla qarşılaşıb. Təmsilçimiz ipponla qələbə qazanaraq 1/8 finala yüksəlib.
Heydərov 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib. Olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesdən üstün olub. O, yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşıb.
Bu dueldən də qalib ayrılan Hidayət adını finala yazdırıb. Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.
Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz — Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.
3 İyul 20:12
1 099
3 İyul 19:00
1 071
3 İyul 15:32
1 113