"Qalatasaray" və "Fənərbağça" ulduz futbolçu üçün yarışa girdi İdman

"Qalatasaray" və "Fənərbağça" ulduz futbolçu üçün yarışa girdi

“Mançester Siti” ilə yollarını ayırmağa hazırlaşan Portuqaliya millisinin ulduzu Bernardo Silva karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

“Qalatasaray” 31 yaşlı futbolçuya 2 illik müqavilə təklif edib.

Həmçinin, “sarı-qırmızılılar” Silva üçün illik 15 milyon avro məvacib nəzərdə tutur. “Fənərbağça” da futbolçu üçün təklif hazırlayır.

Eyni zamanda, Səudiyyə Ərəbistanı klublarının da çox yüksək maliyyə təklifi ilə prosesə qoşulduğu bildirilir.

Hazırda bazar dəyəri 27 milyon avro olan Bernardo Silvanın 9 mövsümlük Premyer Liqa karyerasından sonra bu yay “Mançester Siti”dən azad agent kimi ayrılması gözlənilir.

Qeyd edək ki, “Mançester Siti” forması ilə 452 oyuna çıxan 30 yaşlı yarımmüdafiəçi 76 qol və 77 məhsuldar ötürmə ilə klub tarixində önəmli iz buraxıb. O, 2023-cü ildə UEFA Çempionlar Liqasını qazanıb, İngiltərədə isə bir çox çempionluq və kubok sevinci yaşayıb.