Millimiz Qazaxıstan yığmasını məğlub etdi İdman

Millimiz Qazaxıstan yığmasını məğlub etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

Millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.